Xarici medianı cavabları ilə susduran prezident

Prezident İlham Əliyevin bir çox tanınmış televiziya və informasiya agentliklərində 20–yə yaxın çıxışı olub. Onların hər birində xarici jurnalistlərə verilən cavablar tutarlı və tarixi faktlara əsaslanıb. 

Baku TV xəbər verir ki, dünya mediası regionda baş verən hadisələrə cavabı Azərbaycanda axtardığı qədər Ermənistanda da axtarmalıdır. Prezident İlham Əliyevdən fərqli olaraq Nikol Paşinyanın bu münaqişə ilə bağlı fikri cəmi üç ölkənin mediası üçün maraqlı oldu. Məsələn, Paşinyanın Ria Novosti agentliyinə müsahibəsində ünvanlanan suallara savadsız cavabı onun siyasi çəkisini ortaya qoydu. 

Ali Baş Komandan, Prezident İlham Əliyev ona ünvanlanan qərəzli suallara, xarici medianın sərgilədiyi ermənipərəst mövqeyə baxmayaraq, tarixi faktlara söykənən və əsaslandırılmış cavabları ilə hələ çox jurnalisti məəttəl qoyacaq.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button