XİN başçısı: “İsrail Türkiyə ilə bütün sahələrdə əlaqələrini yenidən bərpa edəcək”
“İsrail bütün sahələrdə Türkiyə ilə əvvəlki əlaqələrini bərpa etmək niyyətindədir. Biz strateji əlaqələri gücləndirəcəyik”.
“Report”un Ankara Bürosunun xəbərinə görə, bunu İsrailin xarici işlər naziri Eli Kohen türkiyəli Mövlud Çavuşoğlu ilə birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İsrail Türkiyə ilə ikitərəfli əlaqələrini inkişaf etdirəcək.