XİN: Ermənistanın Azərbaycanı ittiham etməsi məsuliyyətdən qaçmaqdan başqa bir şey deyil
Əhalinin diqqətini Ermənistandakı gərgin vəziyyətdən yayındırmaq və regionda sülhü təşviq edən tərəf olan Azərbaycanı ittiham etmək məsuliyyətdən qaçmaqdan başqa bir şey deyil.
Polise.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyana cavabında bildirib.
“Azərbaycan belə təxribatların qarşısını almaq üçün tədbirlər görməyə davam edəcək”, – deyə Ayxan Hacızadə qeyd edib.
Polise.az