XİN-in vəzifəli şəxslərinin şikayəti təmin edilməyib
![](/wp-content/uploads/2020/07/ferhad-750x470.jpg)
Bakı Apelyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxsləri – Fərhad Molla-zadə və Nurupaşa Abdullayevin barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilən şikayətə baxılıb.
Hakim İlqar Murquzovun sədrliyi keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların şikayəti təmin edilməyib.