Xızıda polis əməkdaşları şəhid ailələri ilə görüşüb

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı ərəfəsində rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin  ailələrini ziyarət ediblər. Onların problemləri ilə maraqlanıblar. Polis işçiləri şəhid ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edib,  onları təbrik ediblər.

Görüşdə Silahlıq Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb, şəhidlərimizin hünəri, əziz xatirəsi yad edilib.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Hamısını Göstər

Related Articles

Back to top button