Xorvatiyanın eks-prezidenti: “Ukraynadakı müharibənin genişlənmək ehtimalı var”

“Ukraynadakı müharibənin genişlənmək və böyümək ehtimalı var”.

Bunu Xorvatiyanın eks-prezidenti Kolinda Qrabar-Kitaroviç IX Qlobal Bakı Forumunda deyib.

Sabiq dövlət başçısı bildirib ki, bu münaqişə Rusiyaya qarşı münasibəti müəyyənləşdirəcək:

“Eyni zamanda, Rusiya ilə sülhlə bağlı dialoqu davam etdirmək lazımdır. Bizim vəzifəmiz Rusiya ilə müharibəyə başlamadan Ukraynanı qorumaqdır. Heç kəs Rusiya ilə müharibə aparmağı və bu münaqişənin başqa regionlara yayılmasını istəmir”.

Onun sözlərinə görə, enerji resurslarının qiymətləri artır və hazırda enerji böhranı gözlənilir.

Hamısını Göstər

Related Articles

Back to top button