Xudatda narkotik vasitələrə qarşı silsilə əməliyyat keçirilib

Xaçmaz  Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin  əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlanması, daşıması və satmasında şübhəli bilinən Xudat şəhər  sakinləri Fərman Şahmuradov və Rüstəm Seyidov saxlanılıblar.  Həmin şəxslərin  üzərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin və  “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin aşkar edilərək maddi sübut kimi  götürülüb.

 Faktlarla bağlı istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button