“XXI Əsrin Qadınları” insan alverinə qarşı layihənin icrasına başlayır

Mahirə Əmirhüseynova: “Məqsəd
insanların sağlam cəmiyyətdə rahat yaşamasını təmin edən dövlətimizə prosesin
dayanıqlı olması üşün dəstək göstərməkdir”.
“XXI Əsrin Qadınları” İctimai Birliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri qurbanları üçün sosial
reablitasiya mərkəzinin fəaliyyətinin təşkili, onlara sosial, hüquqi yardımların
göstərilməsi” layihəsinin icrasına başlayıb.
Layihə barədə “polise.az”a
açıqlama verən təşkilatın və İnsan alverinə qarşı mübarizə
üzrə QHT Koalisiyasının sədri, sədri Mahirə Əmirhüseynova bildirib ki,
onun rəhbərlik etdiyi QHT bu mövzu üzrə daha çox ixtisaslaşdığı üçün faəliyyətlərinin
müsbət nəticələri olur:
“45 QHT-ni özündə birləşdirən koalisiya
memorandum əssasında Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə
Baş İdarəsi ilə əməkdaşlıq edir. İdarə ideyalarımızı, gördüyümüz işləri daim dəstəkləyir.
QHT Şurasının verdiyi dəstək isə təbii ki, layihənin icrasına bir başa yol
açır. Hər iki mötəbər qurumun fəaliyyəti insanların sosial rifahının, cəmiyyətin
saflaşması və daha da demokratikləşməsinin inkişafına yönəlib. Biz də QHT olaraq
ideya və təkliflərimizlə, onların tətbiqi ilə praktiki addımlar
atırıq”.
M.Əmirhüseynova maarifləndirmə işinin həmişə
vacib olduğunu diqqətə çatdıraraq, layihə çərçivəsində həm də bu prizmadan
çıxış edəcəklərini vurğulayıb.
“Xüsusən sığınacaqlarda olan insanlara
sosial xidmət göstərəcək, tibbi, psixoloji, hüquqi, mənəvi yardımlar edəcək,
onların həyata və cəmiyyətə bağlılığı istiqamətində əməli addımlar atılacaq. Bu
işdə bizə Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdraəsi
yardımçı olacaq. Təşkilata bir qadın kimi haqqı və hüquqları pozulan xeyli
sayda xanımlar müraciət edirlər. Bu müraciətlərin əksəriyyəti ailədaxili
münaqişə ilə bağlı olursa, vaxtilə insan alverinin qurbanı olanlar da azlıq təşkil
etmir. Belə insanlar reabilitasiya olunmalarını, onlara dəyən zərbələrin ağır fəsadlarının
aradan qaldırılamsına dəstək göstərməyimizi istəyirlər. QHT Şurasının dəstəklədiyi
bu mövzulu layhələr vəziyyətin acınacaqlı həddə çatmasının qarşısını alır,
insan alveri qurbanına çevrilmiş, yaxud çevrilə biləcək ehtimalı olan
insanların xilasına çalışılır. Biz də bu ənənəni davam etdiririk. Məqsəd
insanların sağlam cəmiyyətdə rahat yaşamasını təmin edən dövlətimizə prosesin
dayanıqlı olması üşün dəstək göstərməkdir”.
Təşkilat sədri bildirib ki, onlara müraciət edənlər
və kriteriyalara uyğun gələnlərin sığınacaq mərkəzlərinə yerləşdirilməsinə kömək
göstərəcək, insan alveri qurbanına çevrilməyin qarşısının alınmasında
maarifçilik missiyasını gerçəkləşdirəcək, bu çərçivədə bukletlər hazırlanıb, xüsusi
həssas məkanlarda – çayxana, kafe, restoranlarda müştərilərə paylanacaq.
M.Əmürhüseynova onu da söyləyib ki, layihənin
səmərəliliyinin artırılamsı məqsədi ilə İnsan Alverinə Qarşı Mübarizə Baş İdraəsi,
sığınacaqlar, yerli QHT-lər, 152 Qaynar Xətt operatoru ilə yaxından əməkdaşlıq
ediləcək.