YAP-ın daha bir şurası ləğv edildi: rektor vəzifəsini itirdi

Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası ləğv edilib.

Bu barədə oxu.az YAP-dan məlumat əldə edib. YAP-ın yeni Nizamnaməsinə əsasən, artıq partiyada Qadınlar Şurası olmayacaq.

Partiyadan bildirilib ki, qurumda struktur dəyişiklikləri gedir, qadınlarla bağlı, gender siyasəti ilə əlaqədar yeni şöbənin yaradılması nəzərdə tutulur.

“Amma bu, müzakirə səviyyəsindədir”, – deyə partiyadan bildirilib.

Xatırladaq ki, YAP Qadınlar Şurasının sədri Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva idi.

Qeyd edək ki, martın 5-də YAP-ın VII qurultayı keçirilib. Qurultayda YAP İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi formalaşıb. Siyasi Şura ləğv edilib və onun əvəzinə Veteranlar Şurası yaradılıb.

Eyni zamanda YAP-ın yeni Nizamnaməsi qəbul edilib.

Hamısını Göstər

Related Articles

Back to top button