Yaponiya və Koreya Respublikası liderləri Tokioda görüşəcəklər
Martın 16-da Yaponiyanın Baş naziri Fumio Kişida və Koreya Respublikasının Prezidenti Yun Sok Yol Tokioda danışıq aparacaqlar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, gözlənildiyinə görə, bu görüş iki ölkə arasında münasibətlərin yaxşılaşmasında vacib mərhələ olacaq.