Yardımlıda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd təşkil olunub

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Yardımlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlər zamanı rayondaxili marşrutlarda sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb. Sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.

Eyni zamanda dövlət yol polisi əməkdaşları tərəfindən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və sərnişinlərinin də gigiyenik vasitələrdən istifadə etməsi yoxlanılıb, tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər barəsində inzibati protokollar tərtib edilib.

Hamısını Göstər

Related Articles

Back to top button