“Yarım addım qalıb… Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək“

Cümə günü dövlət başçısının keçirdiyi mətbuat konfransı hələ də müzakirə olunmaqdadır. Ümumiyyətlə, son 6 ayda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları dünya mediasının, eləcə də ölkə ictimaiyyətinin diqqətini çox çəkir, günlərlə müzakirələrə səbəb olur. Son çıxışlar isə qaranlıq qalmış çox məsələlərə işıq tutdu.

Politoloq Eldar Namazov verdiyi açıqlamada ölkə başçısının nitqindəki 3 əsas nüansa diqqət çəkməyin vacib olduğunu bildirdi. Eldar Namazovun fikirnə görə, dövlət başçısı 10 noyabr bəyannaməsinin faktiki olaraq sülh sazişi kimi qiymətləndirilməsinin önəmini vurğuladı.

Eldar Namazov Eldar Namazov

“Dövlət başçısının xarici və yerli media orqanları üçün keçirdiyi mətbuat konfransında verdiyi mühüm mesajları günlərlə müzakirə etmək olar. Amma çıxışın əsas hissəsi 10 noyabr sazişinin icrası ilə bağlı idi. Burda yeni fikirlər və vacib mesajlar var idi. Ümumiyyətlə, dövlət başçısı çıxış edəndə təsadüfi fikirlər söyləmir. Onun fikirlərinin hamısı mesaj idi. Bu mesajların bir qismi beynəlxalq təşşkilatlara, bir qismi proseslərə müdaxilə etmək istəyən güclərə , bir qismi Azərbaycan cəmiyyətinə yönəlmişdi.

Mənimçün orada ən vacib məqamlar nə idi onu deyim. Birincisi, prezident bu vaxta qədər bu fiki söyləməmişdi. O dedi ki, bu bəyannamə de-fakto sülh sazişidir. Bəzi beynəlxalq qurumlar, siyasətçilər bunu sülh sazişi yox, atəşkəs sənədi hesab etdiklərini deyirdilər. Prezident haqlı olaraq bəyan etdi ki, bu sazişdir. Çünki, biz 44 günlük müharibə dövründə 3 dəfə atəşkəs haqqında razılşamanı və onun pozulmasını gördük. Onlar 3 cümlədən ibarət balaca bir sənəd idilər. 1994-cü ilin may ayında da əldə etmiş və 2020-ci ilə qədər davam etmiş atəşkəs müqaviləsi bir neçə cümlədən ibarət idi. Bu bəyannamə isə 9 bənddən ibarət geniş bir sənəddir. Onun içərisində həm torpaqların azad edilməsi , həm məcburi köçkünlərin geri qaytarılması, həm sülhməramlıların gəlməsi, həm kommunikasiyaların açılması və s. məsələləri ehtiva edən bəndlər var. Yəni bu bəyannamədə Minsk qrupunun hazırladığı Madrid sazişindəki bütün məsələlər, status istisna olmaqla öz əksini tapıb. Buna atəşkəs haqqında bəyannamə demək çox yanlış olardı”.

Eldar Namazov dövlət başçısının sülhməramlıların fəaliyyəti ilə bağlı söylədiklərinə də diqqət çəkib.

“İkincisi, sülhməramlılarla bağlı Prezidentin çıxışında yeni nüanslar gördük. O əvvəlki çıxışlarında demişdi ki, sülhməramlıların müəyyən nöqsanları var, amma yaxşı işləyirlər. Bu dəfə prezident aksentləri başqa cür qoydu, onların fəaliyyətini qənaətbəxş olaraq dəyərləndirdi. Və qənaətbəxş olmaq yaxşı olmaq deyil. Yaxşı deyilsə, narazıyıqsa, biz sizin hərəkətlərinizə xitam verə bilərik deməkdir. Yarım addım qalıb. O dərhal öz narazlıqlarını səsləndirməklə yanaşı, bunun Rusiya hərbi bazası olmadığını da, onların müvəqqəti struktur olduğunu da vurğuladı. Yəni biz istəyəndə onlar çıxıb gedəcək”.

Üçüncü vacib məqam isə konflikti hələ də diri tutmağa çalışanlara idi.

“Və nəhayət, konfliktin davam etməsində maraqlı qüvvələrə dövlət başçısının önəmli mesajı oldu. “Konflikt bitib. Dağlıq Qarabağ ifadəsi işlədilməməlidir”.

Prezident bunu dəfələrlə qeyd edib ki, konflikt bitib. Münaqişənin davam etməsində maraqlı olan tərəflər arqument gətirirlər ki, sülh sazişi yoxdur, Prezident bəyan etdi ki, bəyannamə sülh sazişidir və konflikt sona çatıb. Konflikt sona çatıb nə deməkdir? Azərbaycan Prezdenti nəyə əsaslanıb dediyini açıqladı. Savaş iki ölkə arasındaydı. Biri qalib gəldi, o biri məğlub oldu. Məğlub olunanın 10 ildə özünə gəlmək imkanı yoxdur. Qalib tərəf deyir biz konflikt istəmirik, inkişaf yolunu tuturuq. Qalan hissəni diplomatik, iqtisadi, siyasi və sosial yollarla keçəcəyəm. Hərb yolu ilə etmək imkanımız olduğu halda bunu etmirik. Bunun əksini deyən tərəfin nə gücü, nə resursu var. Xaos içində boğulur. Deməli, konflikt bitib”,- deyə Eldar Namazov vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button