Yaşar Gülər: Türkiyə öz pilotlarını yetişdirən və dost ölkələrə yardım edən ölkəyə çevrilib
“Dünyada qlobal və regional qeyri-müəyyənliklərin yaşandığı, risk və təhdidlərin artdığı kritik bir dövr yaşanır. Bu həssas dönəmdə vəzifə və məsuliyyətləri artan Türkiyə Silahlı Qüvvələri ölkənin hüquq və mənafelərini qorumaq üçün üzərinə düşən vəzifələri əzmlə yerinə yetirir”.
Polise.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə müdafiə naziri Yaşar Gülər Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənəovla birlikdə səfər etdiyi Eskişehirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu gün Türkiyə artıq öz pilotlarını yetişdirən və bu məsələdə dost ölkələrə də yardım edən ölkəyə çevrilib:
“Ordumuz ölkə daxilində və sərhədləri kənarında əməliyyatlarla terrorla mübarizədə böyük uğurlar qazanır, sərhədlərimizin təhlükəsizliyini ən gərgin və təsirli tədbirlərlə təmin edir, dəniz və havada hüquq və mənafelərimizin qorunmasına yönəlmiş fəaliyyətini də uğurla davam etdirir”.
Polise.az