Yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılan sürücünün narkotik vasitə qəbul etdiyi müəyyən edilib
İyulun 22-də saat 19 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi rayonunda yerləşən daimi postunda “BMW” markalı avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücü, Füzuli rayon sakini Hüseyn Məmmədovun narkotik vasitə qəbul etməsi müəyyən edilib. O, polis əməkdaşlarına tabesizlik göstərdiyindən araşdırma aparılması üçün 40-cı Polis Bölməsinə təhvil verilib.