Yol hərəkətinin təhlükəsizliyi istiqamətində tədbirlər davam etdirilir

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, işıq və səs siqnallarından istifadə qaydalarını pozan sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq, onlarla maarifləndirici söhbətlər aparılıb. Bu cür tədbirlərin məhz onların və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığı izah olunub. Edilən xəbərdarlıqlara baxmayaraq analoji qayda pozuntusuna yol verən bəzi sürücülər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button