Yol polisləri səhhəti pisləşən sürücünün köməyinə gəldi

Hadisə Biləsuvar şəhəri, Heydər Əliyev prospektində baş verib. “VAZ 2106” markalı avtomobilin sürücüsü G.Mahmudovun sükan arxasında qəfildən səhhəti pisləşib və o maşını yolun kənarında saxlayıb.

Polise.az”ın məlumatına görə bu zaman 99 YP 12399 YP 124 dövlət nömrə nişanlı patrul avtomobilləri ilə ərazidə xidmət aparan Biləsuvar rayon DYPB-in rəisi Rauf Əzimov və bölmənin əməkdaşları polis baş leytenantı Əziz Məmmədov, polis baş serjantları Rəşad Mirzəyev, Elvin Ağayev və  polis serjantı Orxan Həsənov avtomobildə köməksiz vəziyyətdə olan vətəndaşı görüb dərhal hadisə yerinə Təcili Tibbi Yardım və Post Patrul Xidməti əməkdaşları dəvət olunub. Həkimlər gələnə qədər isə yol polisləri vətəndaşa ilkin tibbi yardım göstəriblər. Polis əməkdaşlarının köməyi ilə sürücü təcili yardımla xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra həmin şəxsin səhhəti normallaşıb. Sürücünün yaxınları Biləsuvar rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına dərin təşəkkürünü bildiriblər.

Hamısını Göstər

Related Articles

Back to top button
Close