Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyədə səfərdədir.

Polise.az  xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutan səfər çərçivəsində rəsmi Ankara ilə Afina arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, əməkdaşlığın inkişafı istiqamətində atılacaq addımlarla yanaşı, aktual regional və qlobal məsələlərə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində Türkiyə-Yunanıstan əlaqələrinin inkişafına töhfə verəcək sazişlərin imzalanması gözlənilir. İqtisadiyyat, nəqliyyat, elm, texnologiya, kənd təsərrüfatı, turizm, səhiyyə kimi müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsi, iki ölkə arasında altı milyard ABŞ dollarına yaxın olan ticarət dövriyyəsinin on milyard dollara çatdırılması istiqamətində atılacaq addımlar görüşün əsas mövzuları sırasında yer alıb.

Görüşdən sonra Ərdoğan ilə Mitsotakisin mediaya birgə açıqlama verəcəkləri gözlənilir.

Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında təxminən 15 aya yaxındır davam edən yaxınlaşma prosesində iki ölkənin liderləri ilə yanaşı, siyasətçilər mütəmadi olaraq görüşüblər. Prezident Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir Kiriakos Mitsotakis son bir ildə artıq dördüncü dəfədir görüşürlər.

2020-ci ildən etibarən ikitərəfli münasibətlərdə yaşanan gərginlik dövrü 2023-cü ilin fevralında Türkiyədə baş verən zəlzələlərdən sonra azalmağa başlayıb. İndi iki qonşu ölkə yenidən yaxınlaşma prosesi gedir. Bu müddət ərzində hər iki ölkə qarşılıqlı addımlarla yaxınlaşma prosesinə öz töhfə verir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button