Zaqatalada 4 tona yaxın narkotik tərkibli bitki məhv edilib
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının birgə keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Uzunqazmalar kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 3 ton 770 kiloqram olan 5780 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.