Zaqatalada Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib, şəhidlərin məzarları və ailələri ziyarət olunub

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhidlik
zirvəsinə ucalan Daxili Qoşunların hərbi qulluqçularının məzarlarını və ailə
üzvlərini ziyarət ediblər.


Əvvəlcə şəhidlərin məzarlərı üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar
oxunub və əziz xatirələri dərin ehtiramla yad edilib. Daha sonra mərd
oğullarımızın ailə üzvlərinin yaşadıqları evlərdə qonaq olan polis əməkdaşları
onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar.
Həmçinin, 27 sentyabr – Anım Günü ilə əlaqədar rayon ərazisində təşkil
olunan ağacəkmə aksiyasıda polis şöbəsinin şəxsi heyəti də fəal iştirak edib.Yeni
əkilən tinglər suvarılıb və mühafizəsi üçün qoruyucu dirəklər basdırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button