Zaqatalada atmosferi çirkləndirən nəqliyyat vasitələrinin sürücüləri barəsində tədbir görülüb

“Təmiz hava” aylığı çərçivəsində Zaqatala Rayon Polis Şöbəsinin Dövlət
Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən atmosferin çirkləndirilməsinin
qarşısının alınması məqsədilə profilaktik tədbir keçirilib.
DİN-in Mətbua Xidmətinin Şəki regional qrupundan verilən məluata görə,
şəhər ərazisində keçirilən nəzarət tədbirləri zamanı nəqliyyat vasitələri saxlanılıb
və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihaz vasitəsilə
yoxlanılıb.Yoxlama zamanı bəzi avtomobillərin ətraf mühitə normadan artıq
tullantı ixrac etdiyi müəyyən olunub. Həmin nəqliyyat vasitələrinin sürücüləri ilə
izahedici söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button