Cəlilabadda ətrafı məişət tullantıları ilə zibilləyən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə,
sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət
tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları
aşkar edilib. Ərazinin zibillənməsi halları ilə bağlı həmin şəxslər barəsində İnzibati
Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar
yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol
tərtib edilib.
Eyni zamanda polis əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması
istiqamətində keçirilən növbəti nəzarət-profilaktiki tədbirlər zamanı yol və səkiləri zəbt
edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq
pərakəndə ticarətlə məşğul olan, ərzaq məhsullarını heç bir gigiyenik norma və tələb
gözlənilmədən elə yolun kənarındaca yığan şəxslər müəyyən edilib. Onlarla ətraflı
şəkildə izahedici söhbətlər aparılıb, yalnız müəyyən edilmiş yerlərdə ticarətlə məşğul
olmağın zəruriliyi barədə xəbərdarlıqlar edilib və qanunamüvafiq tədbirlər görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button