Zaqatalada ictimai iaşə müəssisələrində reyd keçirilib, qaydaları pozanlar cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisindəki  iri supermarketlər, gözəllik salonları, bərbərxanalar və geyim mağazalarında reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “polise.az“a verilən məlumata görə, obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər. Reyd zamanı mağazalara  maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Həmçinin, bəzi restoran və kafelərdə xidmət personalının tibbi maskadan istifadə etmədiyinə görə, obyekt sahiblərinə və işçilərə ciddi xəbərdarlıq olunaraq,  barələrində cərimə protokolu tərtib olunub. Gözəllik salonları və bərbərxanalarda da  bir neçə işçi və müştərilərin tələblərə riayət etmədiyi aşkarlanıb, barələrində inzibati tənbeh tədbirləri görülüb.

Reyd ictimai nəqliyyatda da davam etdirilib. Tibbi maskadan istifadə etmədikləri üçün bir neçə sürücü və sərnişin cərimələnib.

Hamısını Göstər

Related Articles

Back to top button
Close