Zaqatalada polislər bayram münasibətilə şəhid ailələrini ziyarət edib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı ilə əlaqədar rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, ziyarət zamanı şəhidlərin əziz xatirəsi yad edilib, onların qəhrəmanlıqlarından söhbət açılıb.Gətirilən bayram sovqatları ailələrə təqdim olunub və polislər bayram münasibətilə onları təbrik ediblər.

Şəhidlərimizin ailə üzvləri də göstərilən diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.

Hamısını Göstər

Related Articles

Back to top button