Zaqatalada qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar

Zaqatalada yol hərəkəti təhlükəsizliyini daha səmərəli təşkil etmək, qayda
pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək məqsədi ilə yol
polisinin əməkdaşları tərəfindən rayon ərazisində növbəti nəzarət-profilaktik
tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a
verilən məlumata görə, hərəkətin intensiv olduğu şəhərin müxtəlif küçə və
prospektlərində keçirilən yoxlamalar zamanı nəqliyyat vasitəsində konstruksiya
dəyişikliyi edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozan sürücülər
müəyyən olunub.

Polis əməkdaşları tərəfindən onlarla maarifləndirici söhbətlər
aparılıb, özlərinin və digərlərinin də sağlamlığı üçün sükan arxasına məsuliyyətli
olmağın zəruriliyi diqqətə çatdırılıb.
Qaydaları pozan həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin
müvafiq maddələri ilə protokol tərtib edilib.