Zaqatalada yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi saxlanılıb

COVİD-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, rayonun Göyəm kənd sakini Mömin Abducəlilov ev şəraitində müalicə almasına baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılan həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

M.Abducəlilov barəsində Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button