Zaqatalada yol polisləri uşaqlara bayram hədiyyələri paylayıb

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Yeni il bayramı münasibətilə azyaşlıları sevindiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə,  şəhərin müxtəlif küçə və prospektlərində keçirilən tədbirlər zamanı avtomobillərdə sərnişin qismində olan, eləcə də piyada hərəkətdə olan uşaqlara bayram hədiyyələri təqdim olunub.

Azyaşlıların valideynləri göstərdikləri diqqət və qayğıya görə, polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button