Zaxarova: “Azərbaycan – Ermənistan sərhədində gərginlik azalır”

Rusiya təsdiqləyir ki, son həftələrdə Azərbaycan – Ermənistan sərhədində gərginlik azaldıla bilib.

TASS-ın məlumatına görə, bu sözləri Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

“Problemin davamlı və uzunmüddətli həlli kimi iki ölkə arasındakı sərhədin delimitasiyası üzrə işlərin tezliklə başlanmasını görürük.

Bu prosesə ən aktiv şəkildə kömək etməyə hazır olduğumuzu təsdiqləyirik”, – deyə M.Zaxarova bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button