Zelenski GÖSTƏRİŞ VERDİ…

“Bu gün Kiyev vilayətinin Brovarı rayonunda dəhşətli faciə baş verib”.

Polise.az  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 18-də ölkəsinə məxsus helikopterin qəzaya uğraması ilə bağlı açıqlamasında bildirib.

O, faciə qurbanlarının sayının dəqiqləşdirildiyini vurğulayıb.

Dövlət başçısı hadisə ilə bağlı Ukrayna Milli Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və başqa səlahiyyətli orqanlara hadisənin araşdırlması ilə bağlı göstəriş verdiyinin bildirib.

Ukrayna Prezidenti faciə qurbanlarının xatirəsini əziz tutaraq yaxınlarına başsağlığı verib. O, qurbanları Ukraynanın əsl vətənpərvələri adlandırıb.

Xatırladaq ki, yanvarın 18-də Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzaya uğrayıb. Nəticədə Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olublar. Göyərtəsində 9 nəfərin olduğu helikopterin uşaq bağçası və yaşayış binasının üzərinə düşməsi nəticəsində ümumilikdə 19 nəfər ölüb, 29 nəfər yaralanıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button