“Zelenski mayın 9-da Avropa İttifaqı liderlərini Kiyevə dəvət edib”

“Biz İkinci Dünya savaşından bəri Avropada ən böyük təcavüz qarşısında birliyimizi və qətiyyətimizi nümayiş etdirməliyik…”
Ukrayna hökuməti mayın 9-da Kiyevdə yüksək vəzifəli Avropa rəsmilərini qəbul etməyi planlaşdırır. Bu, Rusiya prezidenti Vladimir Putinin Moskvada eyni gündə keçirəcəyi illik hərbi paradına qarşı diplomatik güc nümayişi kimi qiymətləndirilir.
Moderator.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Nəşr qeyd edir ki, Ukrayna xarici işlər naziri Andrey Sibiqa bazar ertəsi Lüksemburqda Avropa İttifaqı həmkarları ilə görüşdə onları 9 maya dəvət edib və “İkinci Dünya müharibəsindən bəri Avropada ən böyük təcavüz qarşısında birliyimizi və qətiyyətimizi nümayiş etdirməyə” çağırıb.
Sibiqanın sözlərinə görə, Zelenski ayrıca “qərarlılar koalisiyası” liderlərini də 9 mayda qəbul etmək niyyətindədir, bu da Rusiya ilə mümkün atəşkəs razılaşdırıldıqdan sonra Ukraynaya təhlükəsizlik zəmanətlərinin müəyyən edilməsi üçün nəzərdə tutulur. ABŞ bu koalisiyaya daxil deyil.
“Herçənd o, bu görüşün harada keçiriləcəyini dəqiqləşdirməyib, lakin Avropa İttifaqından olan iki diplomatın məlumatına görə, Almaniyanın gələcək kansleri Fridrix Mers də daxil olmaqla dövlət başçılarının mayın əvvəlində Ukraynaya mümkün səfəri ilə bağlı danışıqlar aparılır”.
Kiyevin təşəbbüsü təkcə siyasi jest deyil. Bu, Kremldən onilliklərdir gələn təzyiq və manipulyasiya vasitəsi olan 9 May simvolikasını yenidən formalaşdırmaq cəhdidir. Bu il isə Ukrayna paytaxtında həmin gün tam fərqli məna- Rusiyanın başladığı müharibə fonunda Avropanın birliyinin göstəricisi kimi daşıya bilər.
Fransa prezidenti Emmanuel Makron daha öncə bəyan edib ki, “qərarlılar koalisiyası”nın bir neçə üzvü Ukraynaya “çəkindirici qüvvələr” göndərmək niyyətindədir. Onun sözlərinə görə, bu qüvvələrin məqsədi Rusiyanı çəkindirmək olacaq və onlar Ukrayna tərəfi ilə birlikdə müəyyən ediləcək strateji ərazilərdə yerləşdiriləcək.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Avropa İttifaqında Ukraynaya “sülhməramlılar”ın yerləşdirilməsi ilə bağlı aparılan müzakirələr sülhü təmim etməyə deyil, “Kiyevin nasist rejimi”ni qorumağa yönəlib. Rusiya XİN sözçüsü Mariya Zaxarova vurğulayıb ki, Ukraynada hər hansı xarici hərbi qüvvənin mövcudluğu Rusiya üçün təhdid hesab ediləcək və bu, birbaşa qarşıdurmaya gətirib çıxara bilər.
Moskvada 9 May Paradı
Rusiya KİV-lərinin məlumatına görə, Rusiya prezidenti İsrail, Çin, Braziliya, Slovakiya və Serbiya liderlərinə mayın 9-da Moskvada İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak üçün dəvət göndərib. ABŞ və Avropa İttifaqının əksər ölkələri isə dəvət olunmayıb.
Qeyd edək ki, 2005-ci ildə ABŞ-ın keçmiş prezidenti Corc Buş və Fransanın keçmiş prezidenti Jak Şirak Moskvada Qırmızı Meydanda keçirilən hərbi paradı izləyib, lakin son illərdə Qərb liderləri bu tədbirə qatılmır.
Avropa İttifaqına namizəd olan Qərbi Balkan ölkələrinə, xüsusilə Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Serbiya və Monteneqroya bu il mayın 9-da Moskvadakı hərbi parada qatılmamaq üçün açıq göstəriş verilib.
Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button