Zelenski: Ukrayna bu il Aİ-yə üzv olmaq üçün danışıqlara başlamağa çalışır

Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa Parlamentinin sədri Roberta Metsola arasında görüş olub.

Polise.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Prezidentinin feysbuk səhifəsində yerləşdirilib.

“Bu dəhşətli müharibənin ilk günlərindən Ukraynanı dəstəkləməkdə göstərdiyiniz liderliyə və Avropa Parlamentinin qəbul etdiyi mühüm qərarlara görə təşəkkür edirəm. Xüsusilə, keçən il martın 1-də, bizim Aİ-yə üzvlük müraciətimizdən sonra ikinci gün Avropa Parlamenti dəstək və Ukraynanın Aİ üzvlüyünə namizəd statusunun verilməsi zərurəti ilə bağlı qətnaməyə görə”, – Zelenski təqdim etdiyi videonun altında bu sözləri yazıb.

Prezident qeyd edib ki, Ukrayna Avropa Komissiyasının tövsiyələrinin icrasını tez bir zamanda başa çatdırmağa və bu il Aİ-yə üzv olmaq üçün danışıqlara başlamağa çalışır.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button