Ərdoğan İrəvanla normallaşma şərtlərini açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşmasının şərtini açıqlayıb.
Ankara ilə İrəvan arasındakı əlaqələr mövzusuna toxunan Ərdoğan birtərəfli ittihamların yerinə real yanaşmaların gəlməli olduğunu qeyd edib:
“İrəvan bu istiqamətdə hərəkət etməyə hazırdırsa, Ankara Ermənistanla münasibətlərin tədricən normallaşması istiqamətində fəaliyyətə başlaya bilər”.