Əkin sahələrinə biçindən sonra od vuranlarla bağlı tədbirlər davam etdirilir

Cəlilabad Rayon Polis Şöbəsi və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə taxıl biçinindən sonra əkin sahələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə fermerlərlə maarifləndirici görüşlər keçirirlər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə,  görüşlərdə ehtiyatsızlıqdan və yaxud məqsədyönlü şəkildə biçindən sonra taxıl sahələrinə od vurulmasının böyük fəsadlara səbəb olduğu diqqətə çatdırılıb. Belə ki, yanğınların  nəinki  əkinə yararlı torpaqlara, həmçinin meşə sahələrinə,  ətrafdakı tikililərə, ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinə ciddi zərər vurma ehtimalının olduğu  bildirilib. Bu kimi halların qarşısının alınması üçün fermerlərə əkin sahələrinə od vurmamaları, əkinin ətrafında müəyyən olunmuş qaydada şumlanmış “mühafizə zolağı” yaratmaları və digər yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri barədə xəbərdarlıqlar edilib, tövsiyələr verilib.

Hamısını Göstər

Related Articles

Back to top button