Əli Həsənov səhhəti ilə bağlı xəbərlərə münasibət bildirmək istəmədi

“Partiya qurultayında qəbul edilən qərarlar üzvlər üçün məcburi xarakter daşıyır”.

Bunu pravda.az-a açıqlamasında Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, YAP-ın İdarə Heyətinin tərkibində dəyişiklik edilməsi partiya qurultayının səlahiyyətinə daxildir: “Qurultay partiyanın ali orqanıdır və onun səlahiyyətlərinə heç kim qarışa bilməz. Üzvlər qurultayın verəcəyi bu və ya digər qərarlara tabe olacaq. Ümumiyyətlə isə, YAP-ın növbəti qurultayı ilə bağlı heç bir məlumatım yoxdur”.

O, səhhəti ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirmək istəməyib.

Qeyd: Martın 5-də YAP-ın növbədənkənar qurultayı keçiriləcək.

Hamısını Göstər

Related Articles

Back to top button