“Azərbaycan qoşunları Şuşa və Hadrutdan çıxarılmalıdır” – Təhlükə?

“Bizim istəyimizdən asılı olmayaraq hadisələrin gedişi elə yönə apardı ki, sülhməramlıların Qarabağa gəlməsi labüd oldu və bu, Azərbaycanın xeyirinə idi”.

Bu fikirləri “Diqqət Mərkəzi” verilişində çıxış edən politoloq Eldar Namazov səsləndirib. Eldar Namazov bu məsələ ətrafında bəzi insanların ajortaj yaratmaq istədiyini deyib: “Mənim yadıma Azərbaycanın MDB-yə üzv olduğu illər düşür. Həmin vaxt Azərbaycan cəmiyyətinin müəyyən hissəsində suallar yaranmışdı. Azərbaycanın müstəqilliyini itirdiyinə dair əsassız fikirlər səsləndirilirdi.

Sonradan bəlli oldu ki, bizə qarşı olan təzyiqləri ya təklikdə, ya da Gürcüstan, Ukrayna, Moldova, Qazaxıstanla bərabər dəf etməliyik. Təbii ki, prinsipial məsələlərdə Azərbaycan sadaladığımız bu ölkələrlə birgə addım atdıqda heç kimə zərər gəlmir. Bir müddətdən sonra isə Rusiya açıq şəkildə bəyan etdi ki, MDB SSSRİ-nin dağılmasını nizamlamaq üçün yaranan bir təşkilat idi və bunun heç bir gələcəyi yoxdur. İndi bəzi adamlar da sülhməramlılarla bağlı danışdıqda həmin hadisələr yadıma gəlir”.

Eldar Namazov qeyd edib ki, məsələyə Rusiya-Azərbaycan münasibətləri konteksində yanaşsaq həqiqəti görməyəcəyik: “Bu qərarın qəbul olunmasında Amerika və Fransanın “əməyi” var. 44 günlük müharibə dövrünün demək olar ki, 43 gününü Moskva, Vaşinqton, Paris və Yerevan birlikdə hərəkət etdi.

Azərbaycanın bu uğurlu hərbi əməliyyatlarını dayandırmaq, qələbəmizi əlimizdən alamaq üçün iki dəfə BMT-nin Təhlükəsizlik Şurasında əleyhimizə qətnamə çıxarmağa cəhd etdilər. Bir dəfə Qoşulmama Hərəkatının üzvləri buna mane oldu, ardınca Britaniya “veto” hüququndan istifadə etdi. Biz həmin təşkilatda əleyhimizə qəbul oluna biləcək qərarların mahiyyətinə nəzər salsaq, Azərbaycanı nə qədər böyük təhlükənin gözlədiyinin fərqinə vararıq. Ən yumşaq variant o idi ki, Azərbaycan öz qoşunlarını Şuşa və Hadrutdan çıxarmalıdır. Bundan daha ağrılı məsələlər də var idi.

Эльдар Намазов поверил в Ильхама Алиева?

Məsələn Azərbaycanı 27 sentyabr vəziyyətinə qaytarmaq istəyirdilər, yaxud Fransa qondarma rejimi tanımaq haqda kampaniyaya başlamışdı. Görün bizim qələbəmizi gözü götürməyən və Türkiyənin bölgədə varlığını qəbul etməyən qüvvələr necə fəallaşmışdılar. Belə bir məqamda Azərbaycanın qəbul etdiyi bu qərar (o cümlədən sülhməramlılarla bağlı) böyük bir cəbhəni parçalamağa yönəlmişdi. Faktiki olaraq bu baş verdi. Diplomatiyada belə bir addım var: “Sənə qarşı mübarizə aparan qüvvələri parçalayırsan və balanslaşdırılmış sistem yaradaraq onları üz-üzə qoyursan”.

Azərbaycan məhz bu üsuldan istifadə etdi. Artıq Rusiya Azərbaycanın qələbəsini tanıdı, onun altına imza atdı və Ermənistanı da buna məcbur etdi. Sülhməramlıların bura gətirilməsi və kommunikasiyalar açılması Rusiyanın marağına uyğun olduğu üçün, Putin hökuməti Fransa və ABŞ-ın bütün təşəbbüslərinin qarşısını almağa başladı. Digər tərəfdən isə biz Türkiyəni bölgəyə dəvət etdik. Burada iki pilləli sistem mövcuddur. Birinci növbədə Rusiya öz maraqlarına görə, ABŞ və Fransanın bütün beynəlxalq təşkilatlar vasitəsi ilə bizə qarşı olan təşəbbüslərinin qarşısını alır, digər tərəfdən Türkiyə Rusiyanı tarazlaşdırır. Yəni Azərbaycan diplomatiyası çox uğurlu bir əməliyyat keçirdi. Hesab edirəm ki, hərb sahəsində Şuşa qalasını necə aldıqsa, diplomatiyamız da bir gün ərzində bütün güclərin balansını dəyişdi və qələbəmizi tanıtdırdı”.

Hamısını Göstər

Related Articles

Back to top button