17 prokurorluq əməkdaşı cəzalandırılıb

Bu gün Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində qurumun cəzalandırılan əməkdaşlarının sayı açıqlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Müşavirədə qeyd edilib ki, 2021-ci ilin birinci yarımilində xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Hamısını Göstər

Related Articles

Back to top button