Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Çiləgir kəndinin sakini Abil Həsənov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan polise.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin  yaşadığı Çiləgir kəndi yaxınlığında meşə zolağına baxış keçirilən zaman onun əkib yetişdirdiyi 46  ədəd yaş, 9 ədəd quru vəziyyətdə  çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button