“Polisə Dəstək”ictimai birliyi “İnsan Alverinə yol verməyək”layihəsi çərçivəsində növbəti tədbirini həyata keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Turizm və Menecment Universitetində “İnsan Alverinə yol verməyək”layihəsi üzrə “Polisə Dəstək”ictimai birliyinin növbəti ADPU və ADPU-nun Quba, Şamaxı filiallarında sayca 4-cü tədbiri keçirilmişdir. Tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, ATMU-nun Karyera şöbəsinin əməkdaşı Lalə xanım Qafarova da iştirak etmişdir. “Polisə Dəstək”İB-nin sədri Şəmsəddin Əliyev ilk çıxışla tədbiri açıq elan etmişdir. “İnsan Alverinə yol verməyək” layihəsinin rəhbəri Şəmsəddin Əliyev iştirakçılara transmilli mütəşəkkil cinayətkarlığın dünya ictimaiyyəti üçün təhlükə mənbəyinə çevrilməsi, insan alveri cinayətlərinin xüsusilə ağır növü ,insan hüquq və azadlıqları, habelə şəxsiyyətin toxunulmazlığı və insanların həyat və sağlamlıqlarına yönələn ictimai təhlükəli əməllər barədə tələbələrə lokanik məlumat və tövsiyələr vermişdir.

Возможно, это изображение 11 человек, люди сидят, люди стоят и в помещении

İnsan hüquq və azadlıqları üzrə ekspert -hüquqşünas Aydın Kərimov gənclərin bu növ cinayətlərin qurbanlarına çevrilməməsi üçün metodik tövsiyələrini vermiş, bu sahədə akademik mülahizələrini tələbələrin diqqətinə çatdırmışdır. Təlim xarakterli mühazirə sonra diskusiya şəraitində davam etmiş,tələbələrin sualları mahiyyəti üzrə cavablandırmışdır.

Hamısını Göstər

Related Articles

Back to top button