Gəncədə minik maşını avtobusa çırpılıb, xəsarət alan var.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sidqi Ruhulla küçəsində qeydə alınıb. “VAZ 2109” markalı minik maşını 9 saylı xətt üzrə işləyən “İsuzu” markalı sərnişin avtobusuna çırpılıb. Daha sonra minik maşını yoldan çıxaraq yol kənarındakı ağaca dəyib, minik maşınının sürücüsü xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button