DİN: 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

Mayın 18-də və 19-da ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 169 metadon həbi polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aşkarlanaraq götürülüb.
Bu barədə Polise.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Polise.az



