Mayın 25-də və 26-da itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılıb

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində mayın 5-də Sabirabad rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 1941-ci il təvəllüdlü qadın tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Polose.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Həmçinin mayın 23-də paytaxtın Səbail rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 2010-cu il təvəllüdlü qız, mayın 23-də Mingəçevir şəhərində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 2002-ci il təvəllüdlü qadın və mayın 25-də Masallı rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 2005-ci il təvəllüdlü qız tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button