TBMM sədri: Azərbaycanla həmrəyliyimiz əbədi olacaq

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Polise.az  xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib:

“Hər zaman “bir millət, iki dövlət” anlayışı ilə çiyin-çiyinə olduğumuz Azərbaycanın 28 May Müstəqillik Gününü ürəkdən təbrik edirəm. Qardaş Azərbaycan xalqına firavanlıq, əmin-amanlıq və cansağlığı arzulayıram. Azərbaycanın haqlı qürurunu və ruh yüksəkliyini ürəkdən paylaşdığımız bu mənalı gündə vətən uğrunda şəhid olan bütün qəhrəmanları bir daha rəhmət və ehtiramla yad edirəm. Azərbaycanla həmrəyliyimiz, birliyimiz əbədi olacaqdır”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button