Ankarada “Can Azərbaycan” mövzusunda tədbir keçirilib
Ankarada 28 May-Müstəqillik Günü münasibətilə “Can Azərbaycan” mövzusunda tədbir keçirilib.
Polise.az xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, ictimaiyyət nümayəndələri və KİV iştirak ediblər.
Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Şuşa Konqres Mərkəzində keçirilən mərasimdə çıxış edən TADİV sədri Aygün Attar Azərbaycanın müstəqillik tarixi haqqında danışıb.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti cinsindən, irqindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının bərabərliyini elan edib. Bu tarixi nailiyyətləri dünyanın bir çox ölkəsindən əvvəl əldə edən Azərbaycan, eyni zamanda qadınlara səsvermə hüququ verən ilk ölkələrdəndir.
Sonra tədbir Azərbaycan musiqi və rəqslərindən ibarət bədii hissə ilə davam edib.
Polise.az