Viktor Orban: Avropa Rusiya ilə müharibəyə hazırlıq mərhələsinə qədəm qoyur

Avropa Ukraynadakı münaqişəyə getdikcə daha çox cəlb olunduğu üçün Rusiya ilə müharibəyə hazırlığın aralıq mərhələsinə daxil olub.

Polise.az  xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu fikri Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı səsləndirib. Hökumət başçısının sözlərinə görə, o, mütəmadi olaraq Avropa İttifaqı və NATO-nun hərbi əməliyyatlara hazırlaşdığına dair yeni əlamətlər görür.

“Müharibə bir anda başlamır. Bunun üçün üç mərhələ var: müzakirə, hazırlıq və döyüş. İndi biz müzakirəni başa çatdırırıq və hazırlıq mərhələsinə keçirik”, – deyə Viktor Orban bildirib.

Baş nazirin fikrincə, son bir həftə ərzində Avropanın Ukrayna müharibəsinə getdikcə daha çox cəlb olunduğunu göstərən ən azı iki hadisə baş verib. Birincisi, fransalı hərbçilərin Ukrayna əsgərlərinə təlim keçmək üçün bu ölkəyə göndərilməsi ilə bağlı danışıqlar aparılır. İkincisi, Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün Qərb silahlarından istifadə imkanları müzakirə olunur.

Viktor Orban Macarıstanın Ukrayna müharibəsinə cəlb olunmaması üçün hökumətin var gücü ilə çalışacağını bir daha təsdiqləyib. “Bu, bizim müharibəmiz deyil və macarlar bundan əziyyət çəkməməlidir”, – deyə o əlavə edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button