Donald Tramp hətta həbsxanada olsa, seçkilərdə iştirak edə biləcək

ABŞ-ın sabiq prezidenti Donald Tramp maliyyə saxtakarlığında ittiham olunduğu 34 epizodun hamısında təqsirli bilinərək həbs edilsə belə, prezidentliyə namizədliyini irəli sürə biləcək.

Polise.az  Fox News telekanalına istinadla xəbər verir ki, ABŞ Konstitusiyasında prezidentliyə namizədlər üçün kriminal faktlara görə məhdudiyyətlər qoyulmadığından Donald Tramp məhkəmənin qərarından asılı olmayaraq, seçki kampaniyasını keçirə bilər.

ABŞ tarixində oxşar hadisə əvvəllər də qeydə alınıb. 1920-ci ildə hazırda fəaliyyət göstərməyən Amerika Sosialist Partiyasının prezidentliyə namizədi Yucin Debs Birləşmiş Ştatların Birinci Dünya müharibəsinə girməsinə qarşı çıxdığı üçün həbs edilmiş və seçki kampaniyasını federal həbsxanada aparmalı olmuşdu.

Respublikaçılar partiyasından prezidentliyə namizədliyini irəli sürən Donald Tramp 2016-cı ildə seçki kampaniyası üçün topladığı vəsaitləri qanunsuz xərcləməkdə, sənədləri saxtalaşdırmaqda və aktrisa Stormi Denielsə 130 min dollar ödəməkdə ittiham olunur. Onun aktrisaya pul verməsi qanun pozuntusu olmasa da, ödəniş məhkəmə xərcləri kimi sənədlədirilib. Məsələ ilə bağlı hökmün iyulun 11-də veriləcəyi gözlənilir.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Donald Tramp artıq Respublikaçılar partiyasından prezidentliyə namizəd olmaq üçün lazımi miqdarda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Cozef Bayden isə Demokratlar partiyasından kifayət qədər dəstək alıb. Beləliklə, seçki yarışı dörd il əvvəl Cozef Baydenin ali dövlət postuna yenidən seçilmək istəyən Donald Trampı məğlub etdiyi kimi, eyni namizədlər arasında gedəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button