Moldovalı deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Moldova ilə Azərbaycan arasında münasibətlər sürətlə inkişaf edir. Biz beynəlxalq təşkilatlar çərçivəsində, iqtisadi platformalarda, sosial məsələlər üzrə əməkdaşlıq edirik, həmçinin mədəniyyət sahəsində gənc nümayəndələr, təhsil müəssisələri, ali məktəblərin professorları arasında əlaqələr daha da güclənir.

Bu fikirləri  Polise.az -a Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vitali Jakot bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan Ukraynadakı müharibə ilə əlaqədar yaranmış energetika problemi və iqtisadi böhran zamanı Moldovaya çox kömək edib. O əlavə edib: “Moldova xalqı bu yardımı çox yüksək qiymətləndirir və Azərbaycana dərindən minnətdardır”.

Azərbaycan iqtisadiyyatının inkişaf tempindən danışan moldovalı deputat qeyd edib: “Sizin iqtisadiyyat, sosial sahə və infrastruktur baxımından çox qüdrətli dövlətiniz var”.

Vitali Jakot daha sonra vurğulayıb: “Təbiidir ki, Prezident İlham Əliyevin şəxsində Azərbaycan rəhbərliyinin uzatdığı dostluq əli, həmçinin hakimiyyətin bütün səviyyələrində və bilavasitə Azərbaycan xalqı tərəfindən göstərilən dost münasibəti bizim üçün böyük əhəmiyyətə malikdir. Bunu qarşılıqlı fəaliyyətimizin hər bir addımında, bütün səviyyələrdə hiss edirik və əlbəttə, biz də Azərbaycan xalqına onun bütün səylərində kömək etməyə çalışırıq”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button