Daha bir Azərbaycan jurnalisti Makronu “şillə”lədi – Oksfordda hesab günü – VİDEO
Böyük Britaniyanın Oksford şəhərində keçirilən “Avropa siyasi birliyi” 4-cü Zirvə toplantısında daha bir azərbaycanlı jurnalist Fransa prezidenti Makronu haqlı sualları ilə küncə sıxışdırıb.
Musavat.com xəbər verir ki, bu, Real TV-nin xüsusi müxbiri Kamran Qasımovdur. Kamran Qasımov da eynilə ARB 24 televiziya kanalının departament rəhbəri və xüsusi müxbiri Çinarə Nurməmmədova kimi Makrona sərt suallar verib.
Kamran Qasımovun Makrona ünvanladığı sual həm də bir növ Fransa prezidentinin sayaqlamağına sərt cavab olub.
Musavat.com Real TV-yə istinadən həmin anın videosunu təqdim edir: