Tramp Zelenskini əclaf adlandırdı

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski barədə qapalı görüşlərdə tez-tez təhqiramiz ifadələr işlədib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb
Nəşrin iddiasına əsasən, Tramp ilk Prezidentlik dövründə ABŞ-daki seçkilərə müdaxilə məsələsində Rusiyanı deyil, Ukraynanı məsuliyyətli sayıb.
O, eyni zamanda Co Bayden və ailəsi ilə bağlı aparılan araşdırma çərçivəsində Kiyevdən dəstək istəməyə çalışıb. Bu addım sonradan Trampa qarşı ilk impiçment prosesinin başlanmasına səbəb olub.
Polise.az



