Tarixin sınağından çıxan Azərbaycan–Türkiyəqardaşlığına yönələn təhdidlər və daxili təxribatlar
Azərbaycan və Türkiyə arasındakı münasibətlərsıradanbir diplomatik tərəfdaşlıq deyil; ümummillilider HeydərƏliyevin “Bir millət, iki dövlət” vəMustafa Kemal Atatürkün“Azərbaycanın sevincibizim sevincimiz, kədəri bizimkədərimizdir” formuluna söykənən sarsılmaz stratejiittifaqdır. 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakınıxilasetməsindən Çanaqqala döyüşlərinə, 44 günlükVətənmüharibəsindəki mənəvi-siyasi dəstəkdənŞuşaBəyannaməsi ilə rəsmiləşən hərbi mütəfıqliyəqədər bubağlar tarixin ən ağır sınaqlarından şərəfləçıxmışdır.
2020-ci il Vətən müharibəsi isə münasibətlərinyenimərhələsini formalaşdırdı. TürkiyəninAzərbaycana siyasivə mənəvi dəstəyi, müharibədən sonra regional nəqliyyatvətəhlükəsizlik layihələrində əməkdaşlığıngenişlənməsimünasibətlərin strateji xarakterinidaha da gücləndirdi.
Əlbəttə bu iki qardaş xaqlqın, iki dost dövlətlərinanaloquolmayan yüksək səviyyəli münasibətlərəqarşı zaman-zaman görünən və görünməyənmaneələr törədilmiş, həmbeynəlxaql siyasimərkəzlər, pozucu destruktiv qüvvələrtərəfindənciddi təzyiqlərə, zərbələrə məruz qlmışdır.Əlbəttəxarici siyasi mərkəzlərin, mürtəceqüvvələrinfəaliyyətlərindən daha təhlükəli vətəəssüf doğrucu hər ikiölkələr daxilində bu və yadigər dövlətlərin, siyasimərkəzlərin maraqlarına – Azərbaycanda Rusiya, İran, Ermənistan və onunlobbi fəaliyyəti və onların Azərbaycandaxilindəkitəsir cəhdləri və Türkiyə daxilində isə daxilisiyasiintriqalara, siaysi maraqlara söykənən, həminmaraqlar naminə mübarizə aparan ayrı-ayrısiyasi, media dairələrinin təxribatlarıdır.
Müstqəil Azərvbaycan tarixində ilk belə ciddifəaliyyət hələxoşbəxtlikdən uğursuzluğu uğrayan1995-ci il martındaAzərbaycanda çevriliş cəhdioldu.
Son illər Azərbaycan–Türkiyəmünasibətləriningüclənməsi isə yalnız iki ölkənindeyil, Cənubi Qafqazıngeosiyasi mənzərəsinindəyişməsi deməkdir. Bu mənadaAzərbaycan–Türkiyə qardaşlığına kölgəsalmaq, buəməkdaşlığın zəifləməsində maraqlıolan müxtəlif siyasivə geosiyasi aktorlarınmövcudluğu, onların dahafaəllaşması təəccüblüdeyil. Əlbəttə ki, Bakı–Ankara oxunun Türkdünyasının inteqrasiyasında əsasqüvvəyəçevrilməsi, Zəngəzur dəhlizi, TANAP vədigər stratejilayihələrlə regional güc balansınıdəyişməsi müəyyəngeosiyasi dairələri narahatetməyə bilməzdi. Yuxarıdaqeyd olunduğu kimi, indidə bu birliyi zəiflətmək istəyənxarici güclərin — regional rəqiblərin, erməni lobbişəbəkələrinin vəQərbin bəzi qərəzli mərkəzlərinin — fəaliyyətigözlənilən və məlum olan reallıqdırsa, Türkiyəninöz daxilindəki müəyyən dairələrin buqardaşlıqmünasibətlərinə kölgə salmaq cəhdləri buprosesdə ənağrılı və təhlükəli məqamdır. Bu mənada Azərbaycan–Türkiyə münasibətlərinə ənböyük təhlükə yalnız bumünasibətləri açıq şəkildədüşmən elan edən qüvvələrdəngəlmir, bəzən məhzdaha təhlükəli olan münasibətlərindaxilindən və yaona yaxın informasiya məkanındanverilənmesajlarla Azərbaycanla Türkiyəninmaraqlarınınqarşı-qarşıya qoyulması, tarixiqardaşlığın siyasimübahisələrin predmetinəçevrilməsi və iki xalq arasındaetimadınzəiflədilməsinə yönələn cəhdlərdir.
Ekspertlər Türkiyə daxilində bu birliyə zərbəvurmağaçalışan qüvvələri bir neçə əsasistiqamətdə təhlil edir. Beləki, birincisi bu radikalsol və etnik-millətçi qruplar, xüsusiləDEM/HDP–yəyaxın marqinal ideoloji dairələr İkinciQarabağmüharibəsində Türkiyənin Azərbaycanaverdiyiqətiyyətli dəstəyi “militarist siyasət” kimiqələmə verməyəçalışır, ermənipərəst tezislərləictimai rəyi yanıltmağa cəhdedirlər.İkincisi xaricifondlardan maliyyələşən media vəQHT-lərdi ki, Qərbpərəst və neoliberal analitik mərkəzləriki ölkəarasındakı sekulyar-milli birliyi zəiflətmək üçünfərqlimövzuları qabardaraq strateji müttəfiqliyi“lazımsızrisk” kimi təqdim etməyə çalışırlar.Nəhayət, daxili siyasimübarizənin istismar etməyəcəhd edən qüvvələrTürkiyədəki kəskin siyasirəqabət zamanı bəzi müxalifdairələr daxili siyasidividend qazanmaq naminə SOCAR-ıninvestisiyaları, enerji müqavilələri və yamüdafiəsənayesi əməkdaşlığı kimi vacib layihələrispekulyasiyamövzusuna çevirirlər.
Son günlər bu cür siyasi və media dairələri siyasivədiplomatik etiketi pozaraq, sosial əxlaqdəyərlərigörməməzlikdən gələrək, həddini aşanbəyantlar verir, “Azərbaycanı Türkiyənin milli maraqlarına zidd qüvvə kimitəqdim edir, “Azərbaycan Türkiyədən istifadə edir” və s. kimitezislər irəli sürür, Azərbaycanın daxiliişlərinəqarışmağa, ölkə siyasətinə təzyiq etməyəçalışırlar.
Unutmaq lazım deyil ki, Şuşa Bəyannaməsininözündə dəiki ölkənin əməkdaşlığının üçüncüdövlətlərə qarşıyönəlmədiyi, əksinə, regional sülhvə sabitliyə xidmətetdiyi açıq şəkildə qeyd olunur.
Maraqlıdır ki, Azərbaycan–Türkiyə müttəfiqliyinizəiflətməküçün heç də iki ölkəni qarşı-qarşıyaqoyan açıqdüşmənçilik lazım deyil. Bəzən bununüçün bir çoxfaktların təhrif edilməsi, ayrı-ayrı fikirayrılıqlarınınşişirdilməsi və iki cəmiyyət arasında“biz və onlar” təsəvvürünün yaradılması kifayətdir.Sosial mediadapsixoloji manipulyasiyalar, iqtisadiməsələlər, gediş-gəlişrejimindəki xırda detallar vəya süni formalaşdırılmış“sosial incikliklər” və s.dəbu qəbildən olanvasitəsilərdəndir.
Bu kimi təhdidlərin və daxili təxribatların qarşısınıalmaqüçün Azərbaycan və Türkiyə yalnız dövlətbaşçılarısəviyyəsində deyil, media, akademik mühitsiyasipartiyalar və vətəndaş cəmiyyətlərimüstəvisində dəstrateji siyasət yürütməlidir. Birgəplatformların imkanlarınıgenişləndirmək, etibarlıməlumat mübadiləsi artırmaq, eləcə də bu Birliyinhər iki xalqın milli təhlükəsizliyi üçünnə dərəcədəəhəmiyyətli olduğunu sistemli şəkildə izahetməkvacibdir. Azərbaycanla Türkiyənindövlətlərarasımünasibətləri ilə Türkiyənin daxilisiyasi mübarizəsini bir-birindən ayırmaq lazımdır. Türkiyədə hansısa siyasipartiyanın və ya qrupunAzərbaycan siyasətinə dair tənqidimövqeyiavtomatik olaraq “TürkiyəninAzərbaycanamünasibəti” demək deyil. Əksinə, bunu belə təqdim etməkAzərbaycan–Türkiyəmünasibətlərini daha da siyasiləşdirəvəcəmiyyətlər arasında yanlış təsəvvür yarada bilər.
Şübhəsiz ki, Türkiyə cəmiyyətinin mütləqəksəriyyətiüçün Azərbaycan “qardaşdır”, “can”dır. Daxildəki marqinalqrupların və ya konyunktursiyasətçilərin bu sevginisarsıtmaq gücü yoxdur, lakin strateji ayıq-sayıqlığıqorumaq hər zaman zəruridir.
Bütün bu təzyiqlərə, media hücumlarına vəgeosiyasimaneələrə baxmayaraq, Azərbaycan-Türkiyə qardaşlığısınanmış və zamanın sınağındanuğurla keçmişdir. ŞuşaBəyannaməsi bumünasibətləri hüquqi və hərbi baxımdanelə birsəviyyəyə qaldırıb ki, hər hansı təhdidanındatərəflər bir-birinin təhlükəsizliyini təminetməyi öhdəsinəgötürüb. Bu münasibətlər sadəcəiki dövlətin deyil, bütünTürk dünyasının sabitliyinin, təhlükəsizliyinin vəgələcəyinin zəmanətidir.
Siyasi şərhçi
Əhməd N. Abbasbəyli



