Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək.

Polise.az xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button