Pakistan Əfqanıstana aviazərbələr endirib: 9 nəfər ölüb

Pakistan ordusunun Əfqanıstan ərazisinə endirdiyi aviazərbələr nəticəsində azı 9 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Polise.az xəbər verir ki, bu barədə Əfqanıstandakı Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid “X” sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, Pakistan hərbçiləri Əfqanıstanın Kunar və Hilmənd əyalətlərini bombalayıblar. Zərbələr nəticəsində mülki şəxslər həlak olub, üç bina dağılıb.

Qeyd edək ki, sentyabrın 24-də Əfqanıstan Xarici İşlər Nazirliyi Pakistanın Qəndəhar, Xost və Paktiya əyalətlərinə endirdiyi zərbələrlə əlaqədar bu ölkənin Kabildəki müvəqqəti işlər vəkilini nazirliyə çağırıb.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button